Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

”Məhkəməyə müraciət etməyimiz yaranmış anlaşılmazlığın aradan qaldırılmasına nail olmaqdır”

”Məhkəməyə müraciət etməyimiz yaranmış anlaşılmazlığın aradan qaldırılmasına nail olmaqdır”

“”ANS” bütün addımlarını qanun çərçivəsində atır. Qanunların ədalətli şəkildə bərpa olunduğunu təsdiqləyən çoxlu fakt var. Biz dövlətimizə güvənirik, dövlətimizin də bu problemi tez bir zamanda araşdıracağına əminik”.

APA-nın məlumatına görə, bunu “ANS” Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev deyib.images (1)

O, dövlət olan yerdə beynəlxalq təşkilatlardan nəsə gözləmədiklərini də bildirib.

“Təbii ki, beynəlxalq təşkilatları maraqlandıran suallara imkan düşdükcə cavab veririk. Bu cavablar heç vaxt Azərbaycanın dövlət imicinə ziyan gətirməməlidir. Əslində, bizim də məhkəməyə müraciət etməyimiz yaranmış anlaşılmazlığın aradan qaldırılmasına nail olmaqdır. ANS-in, 25 illik kanalın fəaliyyətinin dayandırılması barədə verilmiş qərarı dəyişdirmək gücü olan dövlətimiz var və biz inanırıq ki, biz qanunlarla ədalətin bərpa olacağına nail olacağıq. Bizim bütün addımlarımız qanun çərçivəsindədir”, – deyə o qeyd edib.

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə ANS-in “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı şikayətinin Bakı Apellyasiya Məhkəməsinə aid olub-olmaması araşdırılıb, işə 1 saylı Bakı İnzibati-iqtisad Məhkəməsində baxılması məqsədəuyğun sayılıb.

MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini əsas gətirərək “ANS” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında ANS-in lisenziyasına xitam verilməsi haqqında qərar qəbul edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir