Cümə axşamı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, ABŞ-dan Endryu Şofer və Fransadan Stefan Viskonti), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşü keçirilib.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir. Görüşün məzmunu açıqlanmır.
Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan da bənzər görüşlər keçirib. Daha sonra ATƏT MQ həmsədrlərinin iştirakı ilə iki nazirin görüşü keçiriləcək.