Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
İstiqlal.az-ın məlumatına görə, prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
İstiqlal.az xatırladır ki, X.İsgəndərovun adı bir sıra qalmaqallarda, ö cümlədən də 2015-ci ildə Binəqədi də 15 nəfərin ölümünə səbəb olan binanın yanmasında hallanırdı.
X.İsgəndərov eyni zamanda sabiq vergilər naziri Fazil Məmmədovun yaxın qohumu idi.