Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ vitse-prezidentliyə namizədlərdən hansı daha ermənipərəstdir?

ABŞ vitse-prezidentliyə namizədlərdən hansı daha ermənipərəstdir?ABŞ prezidentliyinə əsas namizədlər Hillari Klinton və Donald Tramp artıq özləri ilə bərabər zirvəyə yürüyəcək vitse-prezidentlərinin də adlarını açıqlayıblar.
Donald Tramp İndiana ştatının qubernatoru Maykl Pensi, Hillari Klinton isə Virciniya şatatından olan senator Tim Keyni vitse-prezidetliyə namizəd olaraq göstərib.
Musavat.com xəbər verir ki, Ermənistan saytları və xəbər agentlikləri indi hansı namizədin daha çox ermənipərəst olduğu üzərində müzakirələr aparır.
ABŞ-da yaşayan ermənilərin bir hissəsi Maykl Pensin, demokrat ermənilər isə Tim Keynin daha çox ermənilərə yaxın olduğunu iddia edir.
Qeyd olunur ki, demokratların vitse-prezidentliyə namizədi Tim Keyn hələ Riçmon şəhərinin meri olduğu zaman bir sıra ermənipərəst layihələri şəhər şurasından keçirib.
Bunların içində qondarma “erməni soyqırımı”nın tanınması da var.
Tim Keyn ABŞ Senatının üzvü olduqdan sonra isə 2004-cü ildə Senatın xarici əlaqələr komitəsində qondarma “soyqırım” layihəsinin təşəbbüskarlarından olmasa da, qərarın lehinə səs verib.
Lakin senator Keyn həmin layihədən Türkiyə haqqında müddəanın çıxarılmasına nail olub.
Senator Keyn Türkiyəni küsdürməmək şərti ilə qondarma soyqırımın tanınmasının tərəfdarı olduğunu bildirib.
2014-cü ildə isə senator Keyn xaricdə yaşayan ermənilər tərəfindən “orta düşmən” elan edilib.
Ona görə ki, o, qondarma “emərni soyqırımı “ haqqında qətnamənin yumşaıldılmasına nail olub, qondarma “soyqırım”ı anma günündə Senatda çıxış etməyib, habelə qondarma “soyqırım” qurbanlarının xatirəsinə həsr olunmuş heç bir tədbirdə iştirak etməyib.
Donald Trampın vitse-prezidentliyə namizədi Maykl Pens də qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı dəyişkən mövqe sərgiləyib.
Məsələn, o ,2005-ci ildə Nümayəndələr palatasının üzvü olarkən, xarici əlaqələr komitəsində qondarma “soyqırım”ın tanınmasının lehinə, 2007 və 2010-cu illərdə isə qərarın Türkiyə ilə münasibətlərə xələl gətirəcəyini önə sürərərk isə əleyhinə səs verib.
Qubernator Pens hər zaman Türkiyəni ABŞ üçün strateji partnyor və müttəfiq hesab etdiyini ifadə edib.
Senator Keyn kimi Maykl Pens də 2012-ci ildə Amerika erməniləri tərəfindən “orta düşmən” elan edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir