Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mehman Hüseynovun ölkədən çıxış qadağası götürülüb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynova ölkəni tərk etmək qadağası aprelin 12-də götürülüb və o, bu gecə xaricə gedib.

Bu barədə Mehman Hüseynov aprelin 12-də ölkəni tərk edərkən “Facebook” səhifəsində məlumat yayıb.

Mehman Hüseynov bildirib ki, nəhayət, girovluqdan azad oluna bildi:

“Baş Prokurorluq niyə və nəyə görə ölkədən çıxışıma qadağa qoymuşdu sualının cavabını hələ də tapmadıq. Amma problem ictimailəşəndən sonra öz həllini tapdı. 9 ildən sonra hava limanının qapıları üzümə açıldı. Səfərimdə beynəlxalq təşkilatların sədrləri ilə görüşüm, tədbirlərdə iştirakım, çıxışlarım nəzərdə tutulub. Azərbaycanda olan problemlər, azad mətbuatın olmaması, insan hüquqlarının acınacaqlı durumu, siyasi məhbus problemləri haqda geniş müzakirələr olacaq”.

M.Hüseynov aprelin 9-da “AZAL”-ın Bakı-Berlin reysinə gedərkən sərhəd nəzarət məntəqəsində bildiriblər ki, onun ölkədən çıxmasına Azərbaycan Baş Prokurorluğu tərəfindən qadağa tətbiq edilib.

Mehman Hüseynov demişdi ki, ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Mehman Hüseynov 2017-ci ilin martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs edilib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Ötən ilin dekabrında onun haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandı. Cinayət işinə etiraz olaraq M.Hüseynov aclıq aksiyasına başladı. 10 gündən çox davam edən aksiyaya yerli və xarici təşkilatlatrdan dəstək oldu. Eyni zamanda, həbsxanada aksiyaya qoulanlar da vardı. Yanvar ayında prezidentin müdaxiləsindən sonra cinayət işi ləğv edildi.

Martın 2-də isə M.Hüseynov müddəti bitdiyi üçün azad olundu.

MEYDAN TV

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir