2018-ci il sentyabrın 5-də Azərbaycan səmasında toz miqdarının sanitar normadan yüksək olması aşkar edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti apardığı monitorinqlərin nəticələrinə əsasən bildirilir.
Departamentin məlumatına görə, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Sentyabrın 5- i saat 15:00 radələrində Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 3,6 dəfə yuxarı olub.
Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sentyabrın 6-ı günün birinci yarısınadək davam edəcəyi gözlənilir.