Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət İctimai İnsan haqları Siyasət

İrina Tarxanova: “Bizim həyatımız hər zaman təhlükədədir”.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstə üzvlərinin məhkəməsi bitməsinə baxmayaraq, bu prosseslərdən zərərçəkənlərin sayı artmaqdadır.

Bu sözlərlə, Haci Məmmədov  və onun dəstə üzvlərinin qətlə yetirdiyi Bakı şəhəri ikinci mikrorayon, Cavadxan küçəsi 56 ünvanında yaşamış, mərhumə Rəna Nasibovanın rəfiqəsi İ.Tarxanova saytımıza müraciətində bildirib.

Onun sözlərinə görə baş vermiş hadisə ilə bağlı onu bir neçə dəfə hüquq-mühafizə orqanlarına çağrıb təhdid ediblər: “Mən hər dəfə polis idarəsinə gedərkən təzyiqə və təhditə məruz qalırdım. Deyirdilər ki, çox danışsan səni də onların dalınca göndərəcəyik. Bundan başqa mənə məxsus olan emaildə ermənilərlə yazışmalarım aşkar olundu.  Həyat yoldaşım qanunsuz olaraq iki ay müddətində həbsdə saxlanılıb. Haci Məmmədov və onun dəstəsinə məxsus olan cinayət işi istintaqi bitmişdi, lakin, bu cinayətin işinə görə hələ də insanlar təqib olunur. Halbuki, həmin adamların heç bir günahı yox idi. Həyat yoldaşım Andrey Terentyev və mən Azərbaycanı tərk etməsəydik, yəqin ki, indi biz də həbsxanada idik. Çünki, o qədər təzyiq görürdük ki, sanki həbsxanaya atılmamış türmədə yaşayırdıq.

Xatirladırıq ki, 1970-ci il təvəllüdlü Rəna Nəsibova “Knauf” firmasının ofisində H.Məmmədovun dəstəsinin üzvlərinin əlilə boğulmuşdur.

İ.Tarxanova sonda bildirdi ki, başımıza gələn hadisələrlə bağlı o vaxtlar Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna, Ombudsmana müraciət etsək də, heç bir nəticəsi olmadı. Çünki, Azərbaycanda bütün strukturlar siyasi sifarişlə hərəkət edirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir