Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

DEVALVASİYA NƏ ÜÇÜN BAŞ VERDİ?

Devalvsiyanı şərtləndirən amillər

2014-cü ilin II yarısından başlayaraq dünya bazarlarında neftin qiymətinin kəskin enməsi  neft ölkələrində daha dərin iqtisadi böhrana səbəb olmuşdur.  Siyasi və iqtisadi proseslərin təsiri Azərbaycandan da yan keçməmişdir. Neftin ucuzlaşması ölkənin gəlirlərinin kəskin azalmasına səbəb olmuş, ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın arasındakı fərq əhəmiyyətli dərəcədə azaldığı üçün tədiyyə balansında tarazlıq pozulmuşdur.  Bütün bu proseslərin fonunda Mərkəzi Bankın qərarı ilə 21 fevral 2015-ci ildə ölkədə devalvasiya baş verdi və nəticədə  milli valyuta dollara nisbətdə 34% ucuzlaşdı.

Neft böhranı davam edərsə növbəti devalvasiyalar qaçınılmazdır

Əslində manatın ucuzlaşması yəni baş verən devalvasiya gözlənilən idi. Neft bazarında iqtisadi böhran dərinləşərsə növbəti devalvasiyaların baş verməsi qaçınılmaz olacaqdır. Nəzərə alsaq ki, ölkədə qeyri-neft sektoru demək olar ki, mövcud deyil və idxaldan asılılıq hələ də davam edir.

Ölkədə iqtisadiyyatın neft sektorundan asılı olması nəticəsində neftin qiymətində olan hər hansı mənfi tendensiyaların ölkə iqtisadiyyatına vuracağı ciddi zərbələr haqqında dəfələrlə fikirlər bildirilmişdir. Maraqlıdır ki, fevral devalvasiyasından bir müddət əvvəl manatın devalvasiya zərurəti ilk dəfə yanvarın 27-də “Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bağlı konfransda dövlət başçısının dilindən səsləndi. Prezident qeyd etdi ki, manat çox bahalaşıb, əslində avro ilə bərabərləşməlidir.

Ölkəyə son 14 ildir daxil olan böyük vəsaitlər qeyri-neft sektorunun inkişafına xərclənmədi

Son 14 ildir ölkəyə daxil olan neft pullarının qeyri-neft sektorunun inkişafına yönəldilsəydi, daha şəffaf və müasir idarəetmə sisteminin formalaşsaydı və ən əsası 2008-2009-cu illərdə baş verən böhrandan sonra ölkədə yumşaq devalvasiyaya gedilsəydi ağır sosil-iqtisadi fəsadlara səbəb olacaq risklərdən sığortalanmaq olardı. Bu ilk növbədə ölkənin valyuta ehtiyatlarının qorunmasına böyük zəmin yaradardı. Nəzər alsaq ki, Azərbaycan hökümətinin əsas gəlirləri neft hesabına dollarla formalaşır və onun bir neçə il öncədən yüksək məzənnə ilə dəyişərək dövlət büdcəsinə transferti daha çox manat cəlb edib iqtisadiyyatın inkişafını sürətləndirmək olardı.

  Zamiq Şükürov

  iqtisadçı-ekspert

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir