Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan Beynəlxalq Bankı manat depozitlərini bahalaşdırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) manatla depozitlərin faizlərini illik 13%-ə qədər artırıb. Bu barədə ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır.
Qeyd edək ki, ABB bu ilin əvvəlindən ABŞ dolları ilə depozitlər üzrə faiz dərəcəsini də illik 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur.
Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcmi, müştəri bazası, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir