Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi yaxınlığında ağır yol qəzası baş verib.
Avtobusunun toqquşması nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 26 nəfər isə yaralanıb.
Qəzaya səbəb havanın dumanlı olması göstərilir.
Avtobuslardan biri İstanbuldan Naxçıvana, digəri isə Naxçıvandan İğdıra doğru hərəkət edirmiş.