Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

​Misirdə 5 terrorçu məhv edildi

Misirin Daxili İşlər Nazirliyi Asyut-Sohaq trasının dağlıq hissəsində terrorçular ilə polis arasında baş verən atışma nəticəsində 5 terrorçunun məhv edildiyi barədə məlumat yayıb.
Muxalifet.az xəbər verir ki, bəyanatda hüquq-mühafizə orqanlarına ekstremistlərin yeri barədə məlumatın daxil olduğu bildirilir. Həmin yerə gedən qanun keşikçilərinə silahlılar tərəfindən atəş açılıb. Polisin cavab atəşi nəticəsində 5 terrorçu məhv edilib. Onların üzərində avtomat silahlar və döyüş ləvazimatları aşkar edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir