Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

DAS Berlində Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirib

Avqustun 22-də “Demokratik Azərbaycanı Seç” (DAS) ictimai-siyasi təşkilatı Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə bağlı onun Berlindəki iqamətgahının qarşısında aksiya keçirib. Bu haqqda DAS-in aktiv üzvü Ziya Cəbiyev məlumat verib.  Mitinqdə Azərbaycandan olan 300 yaxin siyasi mühacir iştirak etmişdir. Etiraz tədbiri xanım Merkelin Cənubi Qafqaza, o cümlədən Azərbaycana planlaşdırılan səfəri öncəsi baş tutmuşdur. Mitinqin təşkiatçıları “Kürü Diplomatiyasına son”, “Siyasi məhbuslara azadlıq”, “İqtisadi maraqlarınınzı demokratik prinsiplərə qurban verməyin”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Diktatorla görüşmək demokratik dəyərlərə ziddir” və s. şüarlar səsləndirmişlər.

Tədbirdə Avropada olan ictimai-siyasi aktiv şəxslər, jurnalistlər və blogerlər iştirak etmişlər. Çıxışçılar daha çox Azərbaycanda insan haqlarının pozulmasını, siyasi məhbusların azad edilməsini, ictimai aktiv şəxslərə və onların qohumlarına qarşı təzyiqlərin aradan qaldırılmasını İlham Əliyevin nəzərinə çatdırılmasını xanım Merkelə çağırışlar şəklində çatdırılmışdır.

Mitinqin sonunda mitinq iştirakçıları əsas tələblərini ifadə edən müraciəti xanım Merkelə göndərdiklərini bəyan etdilər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir