Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

RATİ Merkeli insan hüquqlarını iqtisadi maraqlara qurban verməməyə çağırır

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Almaniya Federal kansleri Angela Merkeli Azərbaycana rəsmi səfəri və prezident İlham Əliyevlə gözlənilən görüşü zamanı Azərbaycanın siyasi rəhbərliyi qarşısında insan hüquqlarının qorunması və demokratiya sahəsində ümumavropa dəyərlərinə hörmət, qanunun aliliyi və korrupsiya ilə mübarizənin zəruriliyi məsələlərini qaldırmağa çağırıb.

Müraciətdə deyilir ki, Azərbaycan hakimiyyəti ölkədəki tənqidçilərinə qarşı repressiyalarla kifayətlənmir, həmçinin avropalı siyasətçilərin pulla ələ alınması yolu ilə dünya ictimaiyyətinin gözündə özünün antidemokratik və korrupsiyalaşmış imicini təmizə çıxarmağa çalışır.

Hakimiyyətin tənqidçiləri və korrupsiyanı ifşa edənlər hər gün fiziki təzyiq, həmçinin uydurulmuş ittihamlarla həbs təhlükəsi ilə üzləşir.

E.Hüseynov qeyd edir ki, 3 ildir məcburi siyasi mühacirətdə yaşayır, onun qardaşı, jurnalist və hüquq müdafiəçisi Mehman Hüseynov 17 aydır həbsdədir. Son üç ildə Almaniya ərazisində xüsusi xidmət orqanları və onların nəzarətində olan kriminal qruplaşmaların əli ilə jurnalistlər Emin Milli, Həbib Müntəzir və Tural Sadıqlını aradan götürməyə cəhd ediblər.

Hakimiyyətin digər tənqidçisi, Azərbaycanın keçmiş deputatı, 2013-cü ildə Almaniyada siyasi sığınacaq alan Hüseyn Abdullayevi qanunsuz olaraq Türkiyədə saxlayaraq Azərbaycana göndəriblər.

Bu gün Azərbaycan hakimiyyəti Avropanı əmin edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin etmək yoluna sadiqdir, lakin insan haqları, demokrariya və korrupsiya ilə bağlı öhdəliklərini unudur.

Azərbaycanın Avropanın enerji resurslarının diversifikasiyasına yönələn enerji layihələrinin çoxmilyardlı kreditlərlə dəstəklənməsi fonunda vətəndaş cəmiyyəti Almaniya, yaxud bütövlükdə Avropa Komissiyası kimi avropalı tərəfdaşlarının hər hansı lazımı dəstəyini hiss etmir.

RATİ Merkeli Azərbaycan hakimiyyəti qarşısında bütün vicdan məhbuslarının dərhal azad edilməsini, hakimiyyətin şəffaflığının və hesabatlılığının artırılması üçün təxirəsalınmaz islahatların keçirilməsini, seçki qanunvericiliyi, həmçinin QHT-lərin fəaliyyətinin tənzimlənməsi sahəsində islahatların keçirilməsini şərt kimi qoymağa çağırır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir