Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Polad Bülbüloğlunun qardaşını necə aldadıblar?

Məhkəmə dələduzluqda ittiham olunan Məmməd Nəsibova hökm oxuyub
Altı nəfəri aldadıb, onların ümumilikdə 400 min manata qədər pulunu ələ keçirməkdə ittiham olunan Məmməd Nəsibov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin altı nəfərin arasında ən çox ziyan dəydiyi iddia olunan isə Çingiz Məmmədovdur.
İttihama əsasən, M.Nəsibov onun üçün ev tikdirmək adıyla 200 min manatını alıb. Evi tikdirməsə də, pulu qaytarmayıb.
Ç.Məmmədov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşıdır.
O biri beş zərərçəkmişə dəymiş ziyanlara gəlincə, cinayət işində yazılıb ki, təqsirləndirilən şəxs Adilə Məmmədovadan 120 min, Gülnaz Xayirovadan 43 min, Bəhram Namazovdan 28 min, İradə İsmayılova dan21 min 500, Bahar Ələkbərovadan 17 min manat pul alaraq qaytarmayıb.
Məsələn, İradə İsmayılovaya 21 min 500 manata Hövsanda 15 sot sənədsiz torpaq satıldığı bildirilir.
M.Nəsibov özünü təqsirli bilmir və ittihamda yazılanların doğru olmadığını deyir.
Ancaq Bakl Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda ziyan vurmaqla, dəfələrlə təkrarlamaqla dələduzluq etməkdə təqsirli bilib.///meydan.tv

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir