«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İranın Prezidenti Həsən Ruhaninin İsveçrəyə səfər etməsinə yönəlik Amerika Birləşmiş Ştatlarının (ABŞ) tənqidlərinə cavab olaraq, İsveçrənin Prezidenti Alen Berse bəyan edib ki, ölkəsi hesab edir ki, İranla dialoqun, o cümlədən, fikir arılıqlarının yer aldığı mövzularda dialoqun davam etdirilməsi çox vacibdir.
«İsveçrə bir çox beynəlxalq oyunçularla təmas mübadiləsi aparmaq sahəsində öz rolunu oynayır. İran beynəlxalq səviyyədə çox əhəmiyyətli oyunçu olaraq qalır. Sülhün bərqərar olması və dialoqun dəstəklənməsi istiqamətlərində bizim səylərimiz hamıya məlumdur – onlar hamı tərəfindən dəstəklənir və alqışlanır» – deyə, İran prezidenti ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Berse bəyan edib.
Onun sözlərinə görə, ölkələr arasında müxtəlif aktual məsələlər üzrə belə dialoqlar fikir mübadiləsi aparmağa kömək edir.
«Bu gün nüvə sazişi əsas mövzuya sevrilib, çünki hazırda biz, müəyyən mənada təhlükəli vəziyyətdəyik və bu təhlükəni aşağı salmağa çalışırıq. Ona görə də qarşılıqlı fəaliyyət və dialoq vacibdir, həm də o mövzular üzrə ki, orada fikir ayrılıqları var» – deyə, Berse qeyd edib və insan hüquqları mövzusunu belələrindən biri adlandırıb.
Xəbər verildiyi kimi, İranın Prezidenti Həsən Ruhani iyulun 2-3 tarixlərində İsveçrədə rəsmi səfərdə olub. Danışıqların əsas mövzusu isə İranın nüvə proqramı üzrə bağlanmış məlum Hərtərəfli Saziş (BRFP) olub.
Gözlənildiyi kimi, İsveçrədən sonra Ruhani Avstriyaya gedəcək.
ABŞ isə İran prezidentinin Avropa turnesini tənqid edib.