Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai İnsan haqları Siyasət Xəbərlər

İmişlidə siyasi mühacirlərin qohumlarının araşdırılması polislər tərəfindən həyata keçirilir

Almaniayada siyasi mühacir həyatı yaşayan Xələfovlar ailəsinin Azərbaycanda yaşayan qohumlarına qarşı təzyiqlər barəsində məlumatınız var.Qeyd edim ki, son illər bu Azərbaycan hökumətinin Avropada yaşayan siyasi mühacirlərin qohumlarına qarşı aparılan repressiyadır ki, bu gün də davam edir. Bu təzyiqlərə və basqılara məruz qalanlardan növbətisi yenə də Xələfovlar ailəsinin yaxın qohumları olmuşlar. Belə ki, bu ilin 6 fevralında, 13 martda Berlində keçirilən siyasi mitinqlərdə iştirak edən Aygün və Məleykə Xələfova bacıları, o cümlədən ataları Mehdi Xələfov Azərbaycan siyasi hakimiyyəti əleyhinə şüarlar səsləndirmişlər və digər iştirakçılara dəstək vermişlər. Eyni zamanda Xələfova bacılarının “DİKTATORU TANIDAQ” aksiyasında iştirakları, o cümlədən anaları Yaqut Xələfovanın da həmin aksiyaya dəstək   verməsi onlara qarşı Azərbaycanda təhqiqatın başlanmasına səbəb olmuşdur.

Əslən İmişli rayonundan olan ailəni yaxın qohumlarından İmişli rayon Polis Şöbəsinin kapitanı Əliyev Səməd soruşmuşdur. Qohumlar polis kapitanından bunun nə ilə bağlı olduğunu soruşduqda, o, bu məsələnin “yuxarıdan tapşırıq” olduğunu bildirmişdir.

Məsələyə münasibət bildirən A.Xələfova onlara görə qohumlarının incidilməsindən narahatçılığını dilə gətirdi: “Bizim ailə üzvümüz olmayan qohumlarımızın incidilməsi yolverilməzdir və Əliyevlər rejiminin əsl simasını göstərir. Azərbaycanda baş verən özbaşınalığa, korrupsiyaya qarşı etiraz etmişik, siyasi məhbusların azadlığını tələb etmişik və hesab edirəm ki, biz bu fəaliyyətimizi davam etdirməliyik ki, Azərbaycanda həmin özbaşınalıqlara son qoyulsun”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir