Ermənistanda bu saatlarda vəziyyət daha da gərginləşib.
BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Yerevandakı avtomobil körpüsü hazırda etirazçılar tərəfindən bağlanıb. Sürücülər avtomobillərin hərəkətini dayandıraraq etirazçılara qoşulub. Bu səbəbdən şəhərdə hərəkət dayanıb.
Paşinyan bu günkü aksiyada bildirib ki, o baş nazir təyin olunanadək kütləvi etirazlar davam edəcək.