Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya bu gün başlayan rəsmi səfəri çərçivəsində Azərbaycan və Serbiya arasında ikitərəfli sazişlər imzalanıb.
“Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı”nı Azərbaycan prezidenti İlham Əliyev və Serbiya prezidenti Aleksandr Vuçiç imzalayıb;
“Səhiyyə sahəsində əməkdaşlıq haqqında” memorandumu iki ölkənin səhiyyə nazirləri Oqtay Şirəliyev və Zlatibor Lonçar imzalayıb;
“Azərbaycan və Serbiyanın ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında” memorandumu nazirlər Fikrət Məmmədov və Nela Kuburoviç imzalayıb;
“Bitkilərin karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişi kənd təsərrüfatı nazirləri İnam Kərimov və Zorana Mixayloviç imzalayıb;
“Beynəlxalq avtomobil daşımaları haqqında” sazişi nəqliyyat nazirləri Ramin Quluzadə və Zorana Mixayloviç imzalayıb;
“Hava əlaqəsi haqqında” sazişi də Ramin Quluzadə və Zorana Mixayloviç imzalayıb.