Azərbaycan Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin dəstəklənməsi üzrə proqramların reallaşmasına yardım göstərməklə və bu ölkənin dövlət strukturlarının dəstəklənməsində iştirak etməklə NATO ilə münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.
İ.Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ilə Avropadan Asiyaya, konkret olaraq Əfqanıstana ən qısa yol açılıb ki, bu da həmin ölkəyə nəql və beynəlxalq koalisiya qüvvələrinin təchizatı məsələlərini asanlaşdıracaq”, – İ.Əliyev bildirib.
Öz növbəsində Y.Stoltenberq qeyd edib ki, NATO və Azərbaycan arasında tərəfdaşlıq demokratik dəyərlərə, enerji təhlükəsizliyi məsələlərinə əsaslanıb.
NATO Azərbaycanda təhlükəsizlik sisteminin yaradılmasında, korrupsiyaya qarşı mübarizədə yardım göstərir və Əfqanıstanda koalisiya qüvvələrinin təchiz edilməsi üçün dəhlizə görə minnətdardır.