Lavrov: “Əsas məqsəd odur ki, Qarabağ məsələsində kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın”
Məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırıq “.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib.
“Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq ki, əldən çıxmasın. Əsas var ümid edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşırıq”, – deyə o bildirib.