Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 ünvanındakı 9 mərtəbəli yaşayış binasında ötən ilin dekabrında yanğın baş verib. Yanğın nəticəsində binanın üzlüyü sıradan çıxıb, 8-ci və 9-cu mərtəbələrdəki 77 və 79-cu mənzillərə ciddi zərər dəyib. Amma hadisənin üstündən 3 ay keçsə də, dəymiş zərər aradan qaldırılmayıb, zərərçəkənlərə maddi yardım edilməyib.
Virtualaz.org saytına müraciət edən sakinlər deyirlər ki, Bakı Şəhər İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə ünvanlandıqları şikayət cavabsız qalıb. “Qapı-pəncərələr yanıb, divarlar qaralıb. Yağış yağandan sonra isə üstəlik, mənzilləri su basıb. Aylardır qohumların evinə sığınmışıq, maddi imkanımız olmadığından mənzillərimizi təmir edə bilmirik”,-zərərçəkənlər söyləyiblər.