Hökümət islahatlara söz verir, QHT-lər isə inanmır Koronavirus dönəmində Vətəndaş Cəmiyyəti bir araya toplaşdı – Virtual dəyirmi masa keçirildi
Mayın 22-də Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun sədri
Emin Hüseynovun təşəbbüsü ilə “Pandemiya dövründə Azərbaycan Vətəndaş
Cəmiyyətin problemləri və onlardan çıxış yolları” mövzusunda zoom
konfrans keçirilib. Konfransa 30 nəfərə qədər vətəndəş cəmiyyəti
numayəndəsi qatılıb və 3 saatdan artıq bir müddətdə faydalı müzakirələr
aparılıb.
Virtual konfransı açan Emin Hüseynov bildirib ki, vətəndaş
cəmiyyəti institutları bütün dünyada COVID 19 pandemiyasının mənfi
təsirindən çox ağır duruma düşüb: “Azərbaycanda isə sivil toplumun
durumu onsuzda 2013-cü ilin sonundan bu günədək günü gündən
pisləşməkdədir. Qeyri hökumət təşkilatları faktiki son 6 ildə ölkə
ərazisində qanuni fəaliyyət göstərə bilmir və bunun əsas səbəbi 2013 cü
ildə QHT-lərlə bağlı qanuna edilən əlavələr və dəyişikliklərdir”.
Konfransa
qatılan vətəndaş cəmiyyəti üzvlərinin bir çox qeyd edib ki, hökümətin
bu sahədə islahatlar vəd etməsinə baxmayaraq vəziyyət acınacaqlı olaraq
qalır. Azərbaycanda pandemiya fonunda insan hüquq və azadlıqlarının
əsassız məhdudlaşdırılması da olduqca yayğın bir mənzərəyə çevrilib.
QHT-lərin dövlət qeydiyyatına alınması və qeydiyyatı olan QHT-lərin
donorlardan aldığı qrantların müqavilələrinin qeydiyyata alınması hələ
də Ədliyyə Nazirliyi tərəfindən qəsdən və qanuna zidd əsaslarla
yubadılır.
Görüşdə həmçinin vurğulanıb ki, Avropa İnsan Hüquqları
Məhkəməsi Azərbaycan hökümətinin birləşmə azadlığının pozulması
faktlarını öz qərarlarında dəfələrlə təsvir etsə də, hökumət bir çox
hallarda QHT-lərin qeydə alınması ilə bağlı pozuntuları aradan
qaldırılması istiqamətində qərarları icra etmir.
Çıxış edənlər
bildiriblər ki, bu günə kimi Azərbaycan Respublikasının Baş
Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin
tərəfindən onlarla yerli və xarici QHT-lərə qarşı başlanmış cinayət işi
qapadılmayıb, dondurulmuş bank hesabları açılmayıb, müsadirə edilmiş
əmlaklar qaytarılmayıb. Halbuki bir çox yerli və beynəlxalq hüquq
müdafiə təşkilatları bu cinayət işini əsasəz və sifarişli hesab edir.
“QHT-lərə
qarşı qaldırılmış cinayət işinin əsassız olduğunu ötən günlərdə Ali
Məhkəmənin Plenumu tərəfindın İnsan Hüquqları Klubunun sədri Rəsul
Cəfərov haqqında çıxarılmış qərar da sübut edir”- deyə Emin Hüseynov
bildirib: “Rəsul Cəfərova qanunsuz sahibkarlıq, vergidən yayınma və
vəzifə səlahiyyətlərini aşmaqla bağlı ittihamlar əsassız hesab edilib və
onun məhkumluğu tam aradan qaldırılıb, Ali Məhkəmənin Plenumu onun
barəsində tam bəraət qərarı verib. Məhz bu qərara əsasən Azərbaycan
höküməti QHT-lərə qarşı başladığı biabırçı təqib müharibəsinə son
qoymalıdır”.
Həmçinin Azərbaycan hökümətinin QHT-lərin fəaliyyətinin
yaxşılaşdırılması istiqamətində atacağı addımlar barədə danışan
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev hökümətin
bu sahədə ciddi islahatlar nəzərdə tutduğunu və vəziyyətin daha da yaxşı
istiqamətdə dəyişəcəyini deyib.
Həmçinin müzakirələrdə qeyd edilib
ki, COVID 19 pandemiyası QHT-lərin donorlardan ala biləcək dəstəyi də
xeyli məhdudlaşdırıb. Bununla bağlı yerli və beynəlxalq donorlara
birlikdə yol xəritəsi hazırlamaq və donor koordinasiya müzakirələrini
keçirməyin vacibliyi mövzusunda da müzakirə edilib.
İnternet
müzakirələrə qatılanların bəziləri isə əsas diqqəti hələ də QHT və
mətbuat nümayəndələrinə qarşı davam edən təqib hallarına yönəldiblər.
Hüqüq müdafiəcisi və jurnalist Elçin Məmmədin saxlanılması, Tofiq
Yaqublunun növbəti dəfə şərlənərək həbs edilməsi, sosial şəbəkə vasitəsi
ilə hökümətdən uşaq pulu tələb edən Aqil Hümbətovun dəlixanaya
salınması və sair çoxlu sayda digər neqativ hallar barədə dərin
narahatlıq bildirilib.
Virtual dəyirmi masa Azərbaycanın aparıcı YouTube kanallarında canlı yayımlanıb və on minlərlə vətəndaş tərəfindən izlənilib.