Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Azərbaycan Bako Saakyanın səfərinə görə ABŞ-a etiraz edib və cavab addımları atacağını bildirib

Bu gün ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta Azərbaycan XİN-ə çağırılıb. Qarabağ separatçılarının lideri Bako Saakyanın Amerikaya getməsi və ABŞ Konqresində tədbirdə iştirak etməsi ilə bağlı səfirə etiraz notası təqdim edilib.

Notada Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhər sakini B. Saakyana viza verilməsinin, onun ABŞ-da separatçı rejimin təbliğinə dair tədbir keçirməsinə və maliyyə vəsaiti toplamasına icazə verilməsinin qanunsuz olduğu göstərilir.

Azərbaycan XİN bu addımı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə yönələn hərəkət, BMT TŞ qətnamələrinə uyğun beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirir və bunun Azərbaycan-Amerika ikitərəflı sənədlərinə və ABŞ-ın rəsmi mövqeyinə zidd olduğunu bildirib.

Bakı bu addımı qərəzli addım və Ermənistan-Azərbaycan münaqişəsi məsələsində mövqe dəyişikliyi, ABŞ-ın ikili standartlarının təzahürü kimi qiymətləndirir.

BMT TŞ-nin daimi üzvü olan ABŞ BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətmanələrinin yerinə yetirilməsinə xidmət etməlidir.

ABŞ münaqişənin dinc yolla həllinə çağırmaqla, eyni zamanda qanunsuz rejimin təbliği üçün şərait yaratmaqla öz qərəzsizliyini və obyektivliyini şübhə altına alır.

Vaşintqonun bu addımı danışıqlar prosesinə, regionda sülhün və təhlükəsizliyin təminatna ciddi zərər vurur, regionda gərginliyin artmasına xidmət edir, Azərbaycanda ictimai rəydə inamsızlıq yaradır.

Azərbaycan ABŞ-ın belə hərəkətlərinə qarşılıqlı prinsiplər əsasında cavab verəcək, XİN-in bəyanatında deyilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir