Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Mədəniyyət Siyasət Xəbərlər

Mirzə Sakitdən Mehriban xanıma ad günü təbriki

İstedadlı satirik şair Mitzə SAkit Mehriban Əliyevanın ad günü munasibətilə yeni şeir yazıb.

TƏBRİK EDİRƏM, A BAJI !!..

Yandırdım şamları, dəmlədim aşı,

Ad günün mübarək, Mehriban bajı

***

Bürcünə boylandım, Qız imiş bürcün,

Şirdən, pələngdən də öndədir gücün

İlham da qoy olsun sənin sürücün,

Sonra da denən get, qarnını qaşı

Ad günün mübarək, Mehriban bajı

***

Köhnə klanların himin sök dərin,

Zakir Qaralovun boşalt təkərin

Ramiz Mehdiyev də olsun nökərin,

Oktayı rədd elə – O quldurbaşı

Ad günün mübarək, Mehriban bajı

***

Sən hələ cavansan, ərin qos-qoca,

Axşamlar boynunu nəvələr quca

Elə zirvədəsən, Heydərdən uca,

Səninlə fəxr edir dağların başı

Ad günün mübarək, Mehriban bajı

***

And olsun ki, sənin seyid cəddinə,

Keç önə padşah ol, kimin həddi nə ?

Sintizator verək Kəmaləddinə,

Getsin toyda çalsın, satsın xaş-xaşı

Ad günün mübarək, Mehriban bajı

***

Şeyxin kürəyində oyna ənzəli,

Sənə çay daşısın Həsənov Əli

Bir qram ağlı yox, dəlidir-dəli

,Söy-qışqır üstünə, denən çay daşı

Ad günün mübarək, Mehriban bajı

***

Səninlə keçəcək ömrümüz asan,

Fağıra, kasıba böyük arxasan

Bizim xalqımızçun peyğəmbərkasan,

Sən Allah göz dəyər, böyrünü qaşı

Ad günün mübarək, Mehriban bajı

***

Spiker postunda olacaq Leyla,

Baş nazir də olsun qoy Heydər bala

Arzuya deyərik nöyütü qamarla,

Vitse düzəldərsən Mirzə qardaşı

Ad günün mübarək, Mehriban bajı !!..

https://www.facebook.com/profile.php?id=100016424346745

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir