Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

İŞİD İraqa 88 milyard dollar ziyan vurub

İraq hökuməti bildirib ki, özünü İslam Dövləti (İD)adlandıran qrupla müharibə ölkənin bütün ərazisində böyük dağıntılara səbəb olub və həmin dağıntıların aradan qaldırılması təxminən 88 milyard dollar xərc tələb edəcək.

Küveytdə İraqda bəpra işlərinin keçirilməsinə həsr olunmuş konfransda danışan İraq hökümətinin rəsmisi deyib ki, qısa müddətdə ölkəyə 22 milyard dollar, orta və uzun müddətli olaraq isə 65 milyard dollar həcmində investisiya vəsaiti tələb olunacaq.

Kuzey Abdülfettahön sözlərinə görə, yatırıma ən böyük ehtiyacı olan sahə İraqın mənzil sektorudur.

İD 2014-cü ildə İraqın ikinci ən böyük şəhəri olan Mosulu ələ keçirəndən sonra, ölkənin qərb bölgələrində, xüsusilə də İD tərəfindən işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi əməliyyatlar keçirilib.

İD-nin nəzarəti altında olan ərazilər və infrastruktir ABŞ rəhbərliyi altında hərbi koalisiyanın şiddətli zərbələrinə məruz qalıb.

Xüsusilə, Mosuldə yaşayış evlərinin əksər bir qismi ya tamamilə məhv edilib, ya da yaşayış üçün yarasız bir hala düşüb.

Xəbərlərə görə, Mosulun təkcə tarixi hissəsində 11 500 ev məhv edilib, 35 000 ev isə qismən dağıdılıb.

İD ilə şiddətli döyüşlərin aparıldığı digər bir şəhərdə – Fəllucada isə ümumilikdə 40 000-ə yaxın ev tamamən və ya qismən dağıdılıb. (BBC azeri)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir