Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Həcc ziyarət üçün sənəd qəbulu başlayıb

Fevralın 12-dən Həcc ziyarətinə getmək istəyən zəvvarların sənədlərinin qəbuluna başlanılıb. Bu il səfərin qiyməti 4150 ABŞ dollar təşkil edirş Bu barədə Turan-a Qafqaz Müəslmanları İdarəsindən bildiriblər.

QMİ təmsilçisi bu il kvotanın 600 nəfər həddində müəyyən olunması ilə bağlı yayılan məlumatları təsdiq etməyib: “Ölkədən nə qədər zəvvar getmək üçün müraciət edəcəksə, o qədər də zəvvar ziyarətə gedəcək. İyun-iyul aylarına kimi sənəd qəbul davam edəcəkd”, – o bildirib.

Xatırladaq ki, QMİ Azərbaycanda Həcc missiyasına rəhbərlik edir. 2017-ci ildə Azərbaycandan Həcc ziyarətinə 900 zəvvar gedib. Əvvəllər zəvvarları Həcc ziyarətinə avtobuslarla aparmaq mümkün idisə, İraqda, Suriyada baş verən hadisələrə görə zəvvarların bu, mümkün deyil.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir