Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Ümid Partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək

Ümid Partiyası aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində öz namizdəi ilə iştirak etməyəcək. Bu barədə partiyanın fevralın 10-da keçirilən Ali Məclisi qərar qəbul edib.

Ali Məclisdə bildirilib ki, partiya nizamnaməsinə görə partiyanın prezidentliyə namizədini yalnılz qurultay müəyyən edə bilər. Aprelin 11-dək isə qurultay keçirmək vaxt baxımından qeyri mümkündür.

Partiyanın sədri İqbal Ağazadə bildirib ki, növbədənkənar seçkilərdə partiyanın öz namizədi ilə iştirakı nizmnamə tələbləri baxımından əlverişli deyil.

“Biz mayın 28-də qurultayımızı keçirmək barədə qərar qəbul etmişik. Növbədənkənar prezident seçkilərində iştirak edənlərin də, boykot edənlərin də hüquqlarına hörmətlə yanaşırıq. Üzvlərimizin də konstitusion hüquqlarını müdafiə edirik. Partiya üzvləri seçkilərdə iştirakda sərbəstdir”, o qeyd edib.

Partiyanın Məclisi hökumətə və müxalifətə müraciət qəbul edib. Sənəddə hökumət müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqa dəvət edilir.

Sənədlərdə deyilir ki, əgər prezident bir ay yarım qabaq Rusiya kanalına müsahibəsində prezident seçkilərinin vaxtında keçiriləcəyini, Davos Forumunda isə təhlükələr olduğunu deyirsə, biz ölkənin problemlərini bir yerdə müzakirə etməliyik. Hökumət ölkəni gözləyən problemləri ictimaiyyətə açıqlamalı və problemlər ictimai müzakirəyə çıxarılmalıdır.

Patiyanın Ali Məclisi hökuməti bütün siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir