Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində əməliyyatları davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində YPG ilə silahlı atışmalar zamanı 5 türk hərbçisi və 5 ASO döyüşçüsü yaralanıb.
Məlumata görə, yaralılar Kilis dövlət xəstəxanasına çatdırılıb.