Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Əli Həsənov hakimiyyətin növbədənkənar seçkilərlə bağlı məntiqini izah edib

Dövlət başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov növbədənkənar prezident seçkiləri keçirilməsinin səbəbləri haqqında açıqlama verib.

Belə ki, o, yerli KİV-ə bildirib ki, Konstitusiyanın 101-ci maddəsinə prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması haqqında dəyişiklik edilib.

Həsənovun sözlərinə görə, dövlət başçısının səlahiyyətləri 7 ilə qədər uzadıldığına görə prezidentə növbədənkənar seçkilər keçirməklə seçicilərin etibarını yoxlamaq hüququ verilib.

Seçkilərin yarım il tez keçirilməsinin digər səbəbi kimi Həsənov bu il bir çox “mühüm tədbirlərin” keçirilməsini göstərib. Belə ki, seçkilər 2018-ci ilin oktyabrında keçirilməli idi. “Amma bu ilin mayında ölkəmizdə yerli və beynəlxalq səviyyədə çox sayda mühüm tədbirlər keçiriləcək. Onlar arasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər, Beynəlxlaq Humanitar Forum və s. var. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür”, deyə Həsənov qeyd edib.

Digər tərəfdən, onun sözlərinə görə, indiyədək Azərbaycanda bütün seçkilər payızda keçirilirdi. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur, deyə Həsənov izah edib.

Bundan başqa, Azərbaycan prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır, deyə Həsənov bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir