Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Səlim Müslümovdan prokurorluğa şikayət ediləcək – Hərbiçilərin pensiyaları niyə gecikib?

Xəbər verildiyi kimi, ötən həftə penisya və təqaüdlərin vaxtlı-vaxtında verilməməsinə görə maliyyə naziri Samir Şərifov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova qarşı ciddi narazlıq yaranmışdı.
Bu barədə məsələni ictimailəşdirən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hər iki nazirə qarşı sərt fikirlər ünvanlanmışdı. Amma problemin mahiyyəti aydınlaşıb.
Mia.az xəbər verir ki, Ü.Cəfərov  problemin hansı nazirlikdən qaynaqlandığını açıqlayıb:
“Bu gün Maliyyə Nazirliyindən, həm də bu məsələlərin araşdırılmasına başlamış dövlət qurumlarındna birinin məsul şəxsi ilə təmaslarımız oldu. Bəri başdan onu qeyd edim ki, Maliyyə Nazirliyinə təşəkkür etmək istərdim. Və etdiyim haqsızlıqdan dolayı cənab nazir Samir Şərifovdan öz və zabit-gizirlər adından dönə-dönə üzr istəyirəm. Və inanıram ki, hörmətli maliyyə nazirimiz bu gün mənim ona çatdırmaq istədiyim sözləri, həmçinin üzrhaxlığımızı anlayışla, səmimi qəbul edəcək.
Deməli, məsələ tam aydınlaşdı. Məlum oldu ki, təsdiq olunmuş qrafikə uyğun olaraq Maliyyə Nazirliyi tam vaxtında, yəni, yanvarın 15-də ƏƏSM-nin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) hesabına maliyyələşməni həyata keçirib. Və içi mən qarışıpq olmaqla yüz minlərlə təqaüdçünün pensiya və müavinatlarının 15 gün gecikdirilməsinin əsas səbəbkarı ƏƏSM naziri Səlim Müslümov və ad(lar)ını yəqin ki, Baş Prokurorluğa ünvanlayacağımız müraciətə əsasən aparılacaq araşdırmadan sonra kim olacağını hamınız adıyla-soyadıyla tanıyacaqsınız.
Hesab edirəm ki, şəxsən mənim bu müraciətimi Baş Prokuror Zakir Qaralov və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyev, eləcə də Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev fevralın 2-dən edilən müraciət kimi qəbul edib öz işlərinə başlaya bilərlər. Şəxsən mən bir daha qeyd etməyi vacib sayıram ki, ƏƏSM naziri Səlim Müslümov öz hərəkətləri ilə yüz minlərlə güc strukturlarının nümayəndələrinə qarşı özbaşınalıq edərək müəyyən maddi maraqlar güdərək 15 gün ərzində milyonlarla maliyyə vəsaitini vaxtında pensiya və təqaüdçülərə çatdırmağı təmin etməmişdir. Niyəsini və hansı səbəbdən olmasını yəqin ki, verəcəyi izahatda, açıqlamada özü açıqlayacaq.
Bu halın artıq son vaxtlar bir növ dəb halını almasını nəzərə alaraq təəssüf hissi ilə qeyd edirəm ki, nəhayət ki, özbaşınalıq edən bu məmura hökumətdən də lazım olan sərt təpki gələcəkdir. İnanırıq ki, Baş Prokurorluğun araşdırmaları ortalığa çox ilginc faktları, məsələləri çıxaracaq və bu araşdırmalara şəxsən öz tərəfimdən hərtərəfli köməyi və dəstəyi verməyə hazıram. Onu da qeyd etməy vacib sayıram ki, ƏƏSM nazirinin və bu sabotajda əli olan hər kəsin əməlinə və hərəkətinə hörmətli Ali Baş Komandan özü də lazım olan qiyməti verəcək.
Şəxsi fikrim də olsa qeyd etməyi vacib sayıram ki, ƏƏSM naziri Səlim Müslümov mütləq mənada etdiyi özbaşınalıq və vəzifəsindən sui-istifadəyə görə qanun qarşısında cavab verməlidir”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir