Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Fransa prezidenti ermənilərin Qarabağa səfər dəvətini rədd etdi

Fransa ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq, bütün münaqişə tərəflərini dinləmək yolunu davam etdirəcək.
Bunu Fransa prezidenti Emanuel Makron Fransadakı erməni təşkilatlarının Koordinasiya Şurasında hər il keçirilən ziyafətdə deyib.
Fransadakı erməni təşkilatlarının həmsədrləri Ara Toranyan və Murad Papazyan Makronu Türkiyəni tənqid etməyə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etməyə səsləyiblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoq siyasətini müdafiə edən və Qarabağ münaqişəsində bitərəfliyini qoruyan Makron ermənilərin təklifindən qəti şəkildə imtina edib: “Sizi bir daha məyus edəcəyəm. Çünki Qarabağa səfər etməyəcəyəm. Əgər belə bir addım atsam, Fransanın bu münaqişədəki vasitəçi rolunu, neytral və effektiv mövqeyini itirə bilərəm… Fransa kompromis tərəfdarıdır, çünki status-kvo problemin həlli yolu deyil. Ümid edirəm ki, nə vaxtsa bura qayıdıb, Qarabağ münaqişəsinin həll olunduğunu sizə bildirəcəyəm”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir