Fransanın mәhşur Frans Press nәşri Azərbaycandakı saxta seçkilərdən və korrupsiyadan yazdı.
Əliyevin seçki qələbəsi neft-dollarların davamlı axını ilə güclənmiş avtoritar rejimə müxtəlif təzyiqlərlə zəiflədilmiş müxalifətin ciddi bir meydan oxuya bilməməsinin öngörülmüş nəticəsi kimi görünür.
Ciddi nəzarət altında olan Qafqaz xalqının müxalifət partiyaları demokratik seçkinin keçirilməsi üçün şəraitin olmadığını bildirirlər və hakimiyyəti seçkini saxtalaşdırmağa hazırlaşmaqda təqsirləndirirlər.
Onlar həmçinin Əliyevin, seçkinin nəzərdə tutulmuş vaxtdan 6 ay öncəyə təyin edilməsi ilə bağlı “sürprizini” -izahedilməz qərarını pisləyir və bunun kampaniya dövrünün qısaldılması və müxalifətin səsvermənin saxtalaşdırılmasının qarşısını almaq səylərinə maneə törətmək məqsədi daşıdığını söyləyirlər.
Müxalifət lideri Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, AFP-yə bildirib ki, “Azərbaycanda xalq ifadə və toplanma azadlığından məhrum edilib, medianın səsi boğulur və müxalifət kəskin təzyiqlərə məruz qalır”.
“Bu, bir seçki imitasiyasıdır və hər kəs bilir ki, Əliyev nəticəni öz istədiyi kimi düzüb qoşacaq”.
azadliq.info