Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Bu il Azərbaycan elektrik enerjisinin ixracını 8 dəfədən çox artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 33 mln. 907,70 min ABŞ dolları dəyərində 700 236,39 min kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə Gununsesi.info Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 613 688,56 min kVt/saat və ya 8,09 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 29 mln. 973,08 min dollar və ya 8,62 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycandan 3 mln. 934,62 min dollar dəyərində 86 547,83 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 1,01%-ni təşkil edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir