Keçmiş nazir müavininin qohumu məhkəmə zalında həbs olundu
Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov fevralın 23-də məhkəmə zalında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il həbs cəzası verilib….
Karrar qəsəbəsinin sakinləri otaraq sahələrinin əllərindən alınmasına etiraz edirlər
Kürdəmir rayon Karrar qəsəbəsində otlaq sahələrinin ələ keçirilməsi cəhdinə etiraz edən bir neçə sakin fevralın 22-də rayon polis şöbəsinə çağırılıb. Bu barədə Turan görüş iştirakçılarından biri bildirib. O deyib ki, söhbət əsasən qəsəbə sakinlərinin mal-heyvanları üçün örüş yeri olan 120…
Bakı hava limanında təyyarələrdə mobil operatorların xidmətləri dayandırıldı
Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır. Bunu “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava…
Ələt azad iqtisadi zonasının qanuniləşməsinə az qaldı
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya, iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələri fevralın 22-də “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini ikinci oxunuşda bəyənib. Bu haqda parlamentin mətbuat xidməti xəbər verir. Məlumata görə, parlament…
Türkiyə vətəndaşları Bakıda oğurlanıb və vətənə göndərilib
Türkiyə KİV-ləri Bakıda bu ölkənin iki vətəndaşının yoxa çıxdığı barədə məlumat yayıb. Bu, Azərbaycan məhkəmələrinin onları həbsdən azad etməsindən dərhal sonra baş verib. Mətbuatın məlumatına görə, Ayhan Seferoğlu Ankaranın 2016-cı ilin iyulunda uğursuz çevriliş cəhdinin təşkilatçısı elan etdiyi türk ilahiyyatçı…
Hüquq müdafiəçisi “Gündəm Xəbər”in müdafiəsinə qalxdı
Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev “Gündəm Xəbər” qəzetinə qarşı basqıları pisləyib və Redaksiyanın müdafiəsinə qalxıb. Hüquq müdafiəçisi facebook səhifəsində Prezidentin İctimai Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun mətbuata qarşı “səlib yürüşü”nü dərhal dayandırmağını tələb edib. Həmin çıxışı olduğu kimi oxucularımızın…
Azərbaycan-Rusiya sərhəddində ilk sərhəd nişanı quraşdırılıb
Fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə dövlətlərarası birgə komissiyanın Bakıda iclası başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Komissiya bu gün Azərbaycanın Qusar rayonunun Zuxul kəndi (Bakıdan 200 kilometr şimal)…
Qiyas İbrahimovla atasının cəzası qüvvədə saxlandı
Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilən Qiyas İbrahimovun cəzasının artırılması, atası Həsən İbrahimovun isə islah işlərinə məhkum edilməsi haqda hökm qüvvədə saxlanıldı. Fevralın 22-də Bakı Apellyasiya Məhkəməsində…
Siyasi mühacirin yeznəsi həbs edildi – FOTO
Mühacirətdə yaşayan Camal Seyidlinin yeznəsi həbs edilib. Bu barədə siyasi fəalın özünü ”fb” profilində məlumat verib. C.Seyidli qeyd edir ki, yeznəzi Aydın Məmmədov bu gün yaşadığı evdən bayıra çıırılıb və Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə aparılıb. ”Heç bir…
Tikintisinə 2005-ci ildə başlanılan, lakin indiyə kimi tikilib istifadəyə verilməyən qalmaqallı bina
Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində tikintisinə 2005-ci ildən başlanılmış, lakin indiyə kimi tikilib istifadəyə verilməyən 16 mərtəbəli binanın bir qrup payçısı redaksiyaya şikayət məktubu ilə müraciət edib. Şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq: “Biz, Binəqədi rayonu, Xutor qəsəbəsi,…