Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Keçmiş nazir müavininin qohumu məhkəmə zalında həbs olundu

Nəqliyyat Nazirliyi ləğv olunana qədər nazir müavini, ondan öncə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov fevralın 23-də məhkəmə zalında həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 9 il həbs cəzası verilib.
İttihama görə, Emil Hüseynov dəmiryolu sahəsi ilə bağlı materialların biznesi (Gürcüstandan gətirilməsi) məqsədilə müxtəlif adamlardan pul alıb. Amma nə biznes qurulub, nə də pullar geri qayıdıb.
Cinayət işinin materiallarında yazılıb ki, E.Hüseynov Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 min 500 manat pul alıb.
Emil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Elan olunmuş ittiham üzrə Emil Hüseynov özünü qismən təqsirli bilib.
Bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırır. Pulu birbaşa ona verdiyini deyənlər də var. Bu səbəbdən Elnar Əsgərovu bir neçə dəfə istintaqda dindiriblər, həmçinin məhkəmədə də ifadə verib.
Emil Hüseynovun digər qardaşı Rahib Hüseynov da eyni ittiham üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir