Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan mallarının ən çox ixracı Avropayadır

Bu ilin yanvar ayı ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 675 488,87 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, hesabat ayında ticarət dövriyyəsinin 535 255,73 min dolları ixrac, 140 233,14 min dolları idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu 395 022,59 min dollar təşkil edib.

Ölkə üzrə cəmi ticarət dövriyyəsinin 39,11%-i, o cümlədən məcmu ixracın 51,53%-i, idxalın isə 20,36%-i məhz Avropa İttifaqı ölkələri ilə həyata keçirilib.

Hesabata əsasən, İtaliya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr siyahısında I yeri tutub. Belə ki, İtaliya ilə ticarət dövriyyəsi 297 817,01 min dollar olmaqla ölkənin cəmi ticarət dövriyyəsinin 17,24%-ni əhatə edib. İtaliyaya ixrac Azərbaycanın cəmi ixracının 26,98%-ni təşkil etməklə 280 233,85 min dollar olub. Bu müddətdə İtaliyadan idxal 17 583,16 min dollar olub və cəmi idxalda xüsusi çəkisi 2,55% təşkil edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir