Ev vermə, azadlıq ver – Tbilisidə Mətbuat Günü aksiyası
Bu gün, iyulun 22-də Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəallar və jurnalistlər Milli Mətbuat Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın əsas şüarı “Həbsdə olan jurnalistlərə azadlıq” olub. İştirakçılar həmçinin “Ev vermə, azadlıq ver”, Əliyev, jurnalistləri azad elə…
FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb – yenilənib
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat açıqlayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya Kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici…
Daha bir jurnalistin işi Avropa Məhkəməsinə gedir
Jurnalist Aynur İmranova hər dəfə ölkəni tərk edərkən və geri qayıdarkən hava limanında şəxsi axtarışa məruz qalmasından məhkəməyə şikayət edib. Bu haqda “Azadliq.info”ya jurnalistin hüquqlarını müdafiə edən hüquqşünas Samirə Ağayeva məlumat verib. Samirə Ağayeva bildirib ki, jurnalistin dəfələrlə Bakıda, bir…
Fələstin İsraillə bütün əlaqələri kəsdi
Fələstin dövlətinin başçısı Mahmud Abbas, etdiyi açıqlamada “İsrail ilə bütün əlaqələri kəsdik. Məscid-i Aksadan detektorlar götürülənə qədər təxirə saldıq” deyə bildirb. Qüdsdə Hərəmi Şərifdə Cümə namazı qılınamamış, baş vermiş hadisələrdə 3 nəfər ölüb, xeyli sayda insan yaralanmışdı. İsrail polisi iyulun…
Kooperasiya Universitetinin binasında yanğın
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb. APA-nın məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının imtahan zalında qeydə alınıb. Yanğın baş verən binada abituriyentlərin imtahan verdiyi bildirilir. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.
Nə qədər ki, cəmiyyət üzünü həbsxanalara çevirməyəcək, onlarda islahat olmayacaq – Eldar Zeynalov
Turan İA məhbusların hüquqları üzrə ixtisaslaşmış hüquq müdafiəçisi Eldar Zeynalova Azərbaycanda cəzanın humanistləşdirilməsinə yönəlmiş fərmanların, xüsusən prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət…
Region sakinləri elektron xidmətlərlə bağlı maarifləndirildi
“Regionlarda elektron xidmətlərdən istifadədə əhaliyə köməklik göstərilməsi işi davam etdiriləcək. Məqsəd elektron xidmətlərlə bağlı region sakinlərinin məlumatlılığının artırılması, elektron xidmətlərdən istifadə etmək ehtiyacı olan insanlara texniki və hüquqi yardımın göstərilməsidir”. Bu barədə məlumat verən layihə rəhbəri Xalid Kazımovun sözlərinə görə,…
Türkiyədən Almaniyaya sərt cavab
Türkiyә Xarici İşlәr Nazirliyi Almaniyaya cavab verib Almaniya tarixi bağlarımız olan vә müttәfiq bir ölkә olmaqla bәrabәr son zamanlarlar әlaqәlәrimizdә ciddi etibarsızlıq yaranıb. Bunun әsas sәbәbi Almaniyanın ölkәmizә qarşı imi standartlara söykәnәn münasibәtidir. Almaniya bir tәrәfdәn dövlәtçiliyimizi hәdәf seçәn PKK…
Səudiyyə Ərəbistanı şahzadəsi tutuldu: kralın göstərişi ilə
Ər-Riyad polisi Səudiyyə Ərəbistanı kralının fərmanı ilə onun ailə üzvünü sosial şəbəkələrdə yayılan və şahzadənin insanlara, o cümlədən qadınlara hücum etdiyini göstərən videoçarxlara və fotoşəkillərə görə həbs edib. Yerli KİV-lər yazır: “Kral Salman bin Əbdüləziz Al Səud 27 yaşlı Səud…
SABİQ DEPUTAT 14 İLLİK HƏBS TƏHLÜKƏSİ QARŞISINDA – Milyonlar hara xərclənib?
Sabiq millət vəkili, iş adamı Dünyamin Xəlilovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib….