Türkiyә Xarici İşlәr Nazirliyi Almaniyaya cavab verib
Almaniya tarixi bağlarımız olan vә müttәfiq bir ölkә olmaqla bәrabәr son zamanlarlar әlaqәlәrimizdә ciddi etibarsızlıq yaranıb. Bunun әsas sәbәbi Almaniyanın ölkәmizә qarşı imi standartlara söykәnәn münasibәtidir. Almaniya bir tәrәfdәn dövlәtçiliyimizi hәdәf seçәn PKK vә FETÖ terror tәşkilatlarının üzvlәrini öz torpaqlarında rahat hәrәkәt etmәlәrinә göz yumur, digәr tәrәfdәn ölkәmizdә terror ittihamı ilә saxlanılan vә ya hәbs edilәn şәxslәrin azad edilmәsini tәlәb edir.
Almaniya qurumları millәtvәkillәrimizin vә nazirlәrimizin Almaniyada vәtәndaşlarımızla görüşünә әngәl olur, amma terror tәşkilatı ilә yaxınlıq edәn Almaniya Parlament üzvlәri bizim suverәnliyimiz altında olan hәrbi bazaları istәdiklәri zaman ziyarәt etmәklәrini özlәrinin haqqı olaraq göstәrirlәr.
Xarici işlәr naziri Siqmar Qabrielin bugünki ifadәlәri tәktәrәflidir vә qәbuledilmәzdir. Qabriel Siqmar bu açıqlamalarla aramızdakı problemlәri daha geniş platformalara daşıyaraq cәbhәni genişlәndirir. Biz bunu Almanya Dışişleri Bakanı Sigmar Qabrielin açıqlamalarını Almaniyanın gerçәk niyyәti olaraq qәbul edirik.
Biz Almaniyanı müttәfiq vә dost bir ölkә olaraq görmәyә davam etmәk istәyirik. Almaniyanın terrorla mübarizә vә Türkiyәnin tәhlükәsizliyi mövzusundakı haqlı gözlәntilәrimizi anlamasını vә ortaq çıxarlarımızı strateji bir formada dәyәrlәndirәcәyinә ümid edirik.
“Almaniya qәbul edilmәz tәlәblәr edir. Әlaqәlәr tәhditlә deyil, beynәlxalq normalara uyğun aparılmalıdır. Almaniya ilә әlaqәlәrimizdә son zamanlar ciddi bir etibarsızlıq yaranıb.(Azadliq.info)