Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Fevral 2017

Siyasətçilər və ekspertlər Mehriban Əliyevanın təyinatı haqda

Bu qərarda sensasiyalı bir şey görmürəm.  Tamamilə gözlənilən idi”, – REAL Hərəkatının icra katibi Natiq Cəfərli Turan-a bildirib. “Əgər bu, idareətmə sistemini yaxşılaşdıracaqsa, Prezident Administrasiyası və Nazirlər Kabineti arasında səlahiyyət bölgüsü aparacaqsa niyə də olmasın”, – N.Cəfərli qeyd edib. Ancaq…

Dolların məzənnəsi 0,5% artıb

Fevralın 21-də Azərbaycan Mərkəzi Bankının valyuta hərracında dolların məzənnəsi 1,7352 manatdan 1,7447 manatadək (0,5%) artıb. Hərracda Dövlət Neft Fondu iştirak edib, ancaq informasiya siyasəti şəffaf olmadığından tələb və təklifin həcmi barədə bilgi almaq mümkün olmayıb. Fevralın 21-də kommersiya bankları Amerika…

Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edildi

“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında mühüm və fəal rol oynayır”. Bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Mehriban Əliyevanı…

Trampın milli təhlükəsizlik üzrə müşaviri bəlli oldu

General-leytenant Qerbert Makmaster ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri  təyin olunub. Bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser özünün “Tvitter” hesabında yazıb. Bu günədək Qerbert Makmaster ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanının müavini olub.  

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib. Səfirliyin rəsmi səhifəsində dərc olunan müraciətdə deyilir ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən…

Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək. Bu barədə İstehsalat Birliyindən məlumat verilib. Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını…

Azərbaycan Beynəlxalq Bankı manat depozitlərini bahalaşdırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) manatla depozitlərin faizlərini illik 13%-ə qədər artırıb. Bu barədə ABB-nin mətbuat xidmətindən məlumat verilib. Müştərinin istəyindən asılı olaraq faizlər aylıq, yaxud müddətin sonunda ödənilir. Müştəriyə Bankda yerləşdirdiyi depozitin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradılır….

Naxçıvanla sərhəddə ağır qəza – 26 azərbaycanlı yaralandı, 8-i öldü

Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi yaxınlığında ağır yol qəzası baş verib. Avtobusunun toqquşması nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 26 nəfər isə yaralanıb. Qəzaya səbəb havanın dumanlı olması göstərilir. Avtobuslardan biri İstanbuldan Naxçıvana, digəri isə Naxçıvandan…

London: Moskva Monteneqroda (Çernoqoriya) çevriliş etmək istəyib

“The Telegraph” qəzetinin müdafiə məsələləri müxbiri Ben Farmer Britaniya hökumət mənbələrinə istinadən yazır ki, Rusiya Monteneqronun qərbyönlü liderini zorakı çevrilişlə devirməyə cəhd göstərib. Məqalədə deyilir ki, bu iddialara görə Moskva bu ölkədə keçiriləcək seçki günündə Monteneqronun baş nazirini fiziki cəhətdən…

Ermənilər atəşkəsi 30 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən…