Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2017

Müsavat Partiyası etiraz edən hüquqşünasları dəstəkləyir

Müsavat Partiyası məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğv edilməsinə etiraz olaraq hüquqşünasların noyabrın 18-nə təyin etdikləri kütləvi aksiyanın tələblərini dəstəkləyir. Bu barədə noyabrın 13-də partiya Divanının toplantısında bildirilib. Partiya Divanı məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğvini cəmiyyətin maraqlarına zərbə kimi dəyərləndirir. Divanda…

Daha bir məmur oğlu “Qelandevagen”lə adam öldürdü

Aeroport yolunda dəhşətli qəza baş verib. Ölkə.az xəbər verir ki, “Mercedes Gelandewagen” markalı avtomobil yol kənarında dayanmış digər “Mercedes” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində vurulan “Mercedes”in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib. Məlumata görə “Gelandewagen”in sürücüsü…

Vergilər Nazirliyi Turan agentliyində yoxlama və sanksiyalar haqda qərarı ləğv edib

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin iki şikayətini təmin edib: vergidən yayınma haqda qərarın ləğvi, həmçinin avqustun 16-da keçirilən 2010-2017-ci illər üçün səyyar vergi yoxlamasının etibarsız tanınması və qanunsuz təyinatı barədə. Noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min…

​Bakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artır

Kirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Artin Kəmali ölənlərin sayının 328-ə çatdığını bildirib. Media-fakt.info xəbər verir ki, dünyasını dəyişənlərin şəhərlər üzrə statistikası da açıqlanıb. Kirmanşahda – 10 nəfər Sərpolzahabda – 236 nəfər İslamabadda – 22 Səgas Babacanda – 15 Kərəndqərbdə…

Saakaşvilinin oğlu hava limanında saxlanıldı

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə elə Saakaşvilinin özü Feysbuk hesabında məlumat yayıb. “2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin…

Rəsulzadənin çimərlik fotosu

Söz vaxtına çəkər, 2013-cü ilin bir soyuq noyabr axşamıydı. Praqa hotellərinin birində otağıma çəkilib televizorda baxmağa veriliş gəzirdim. Pultla kanalları çevirir, dünyanın neçə dilində yayımlanan TV-ləri bir-bir ötürürdüm. Erməni kanalına rastlayanda əl saxladım. Ermənicə bir şey anlamasam da görüntülərdən, tez-tez…

​SOCAR bu il büdcəyə 1,3 mlrd. manatdan çox vəsait köçürüb

SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136,952 mln. manat vəsait ödənilib. SOCAR-dan verilən məlumata görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd….

​”Qızıl top”un veriləcəyi tarix açıqlandı

Fransanın nüfuzlu “France Football” nəşri “Qızıl top”un sahibinin məlum olacağı tarixi açıqlayıb. Media-fakt.info apasport.az-a istinadən xəbər verir ki, dekabrın 7-də təşkil ediləcək tədbirdə 2017-ci ilin ən yaxşısı mükafatına qovuşacaq. Mükafatı Fransa millisinin sabiq üzvü David Jinola təqdim edəcək. Titula namizəd olan…

Apellyasiya Məhkəsində Mehman Hüseynovun işinə təkrar baxış başlayıb

Noyabrın 16-da bloger Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə iclası təqsirləndirilən şəxsin çıxışa hazır olmaması ilə əlaqədar təxirə salınıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasın əvvəlində vəkillər müvəkkilləri ilə məsləhətləşmələr üçün vaxt istəyiblər. Bununla əlaqədar hakim 15 dəqiqəlik fasilə…

AŞPA təmsilçisi məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılmasını pisləyib

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmələrdə nümayəndə kimi çıxış etməsini məhdudlaşdıran dəyişikliyi tənqid edib. O, bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası vətəndaşların ədalətli mühakimə imkanlarını məhdudlaşdıran alət ola bilməz.