Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə elə Saakaşvilinin özü Feysbuk hesabında məlumat yayıb.
“2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı Borispol Hava Limanında saxlanılıblar. Mənim yanıma gələn həmin əməkdaş rəsmi olaraq xidmət başındadır. Onların sənədləri yerindədir. Lakin səbəb göstərilmədən onları xüsusi otaqda saxlayırlar. Məsələni araşdırmaq üçün hava limanına gedirəm”, – eks-prezident bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Saakaşvili Ukraynada leqal yaşamaq üçün rəsmi sənəd almışdı.
Yenifakt.info
Müstəqil xəbərlər portalı