Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2017

“Muğanbank”ın saytına haker hücumu olub

“Muğanbank” ASC-nin saytına haker hücumu olub. Hücum “Şimşək” adlanan haker qrupu tərəfindən həyata keçirilib. Hakerlər saytda bu mətni yerləşdirib: “HAKCED BY ŞİMŞƏK ! MUĞANBANKI VURMAYAN BİR ŞİMŞƏK QALMIŞDI ODA VURDU!  BOoOoOm!” Bir neçə dəqiqə sonra Bankın müvafiq şöbəsi saytın fəaliyyətini…

Problemli kreditləri kim qaytaracaq?

Nemət Əliyev: “Heç bir halda vətəndaşın maliyyə yüklənməsindən söhbət gedə bilməz” Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli kreditlərlə bağlı danışıb. T.Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı…

Cəlilabadda əkin sahələri su altında qalıb, kartof toxumları çürüyüb

Bu il qış fəslinin sərt keçməsi Cəlilabad rayonunda kənd təsərrüfatına ciddi ziyan vurub. Ötən ilin sonu, bu ilin əvvəli qarın normadan artıq yağması rayonda əkin sahələrinin su altında qalmasına səbəb olub və bu da təsərrüfat sahiblərinə xeyli ziyan vurub. Subasmadan…

Xəzərin hüquqi statusu –Putinlə Ruhani müzakirə etdi (FOTO)

“Rusiya prezidenti ilə Xəzərin hüquqi statusuna dair məsələni müzakirə etdik”. Bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. O, rusiyalı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusuna dair Konvensiyasının hazırlanması ilə bağlı sənədlərə yenidən baxdıqlarını…

Azərbaycan – Almaniya matçının ən yaxşı oyunçusu müəyyənləşib

Futbol üzrə Azərbaycan və Almaniya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçının ən yaxşı oyunçusu müəyyənləşib. Bu, görüşdə “dubl” etmiş Andre Şürrledir. Dortmund “Borussiya”sının 27 yaşlı hücumçusu Almaniya milli komandasının fan-klubunun keçirdiyi sorğu nəticəsində qalib olub. Şürrle sorğuda…

Dolların rəsmi məzənnəsi qalxdı –Mərkəzi Bank açıqladı

Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb. Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, martın 29-u üçün dolların rəsmi kursu 1,7220 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7201 manata bərabər olub.

Aİ məhkəməsi: “Rusiyaya qarşı sanksiyalar qanunidir”

Lüksemburqda yerləşən Avropa Məhkəməsi Krımın ilhaqının ardınca bir neçə Rusiya şirkətinə qarşı qəbul edilmiş Aİ sanksiyalarının qanuni olduğu barədə qərar çıxarıb. Rusiyanın neft nəhəngi Rosneft sanksiyaların Aİ-nin daxili qanunvericiliyinə zidd olduğunu iddia edirdi. Məhkəmə hökmündə neft şirkəti tərəfindən irəli sürülmüş…

Təcili! Cəbhədə gərgin döyüş – “Ermənilər Füzuli və Cəbrayılı…” – Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu…

“Trampın tələbi NATO-nun parçalanmasına aparan gediş olmayacaq” – POLİTOLOQ

ABŞ prezidenti Donald Trampın Angela Merkellə görüşdə Almaniya kanslerinə 375 milyard dollar məbləğində hesab təqdim etdiyi bildirilir. O da qeyd olunur ki, bu, NATO-nun Almaniyanın müdafiəsi üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur. Almaniya höküməti tərəfindən də borc tələbinin olduğu…

Müsavatçının oğluna 10 sutka həbs cəzası verildi

Bu gün Xaçmaz rayon məhkəməsində Müsavat fəalı və partiyanın deputatlığa namizədi olmuş Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahova 10 sutka həbs cəzası verilib. Bu haqda “Basta”ya Söhrab Əmrahov məlumat verib. “Bu gün səhər Bəxtiyarı məhkəməyə aparıblar. Anar İbrahimovun sədrliyi ilə keçirilən…