“Muğanbank” ASC-nin saytına haker hücumu olub. Hücum “Şimşək” adlanan haker qrupu tərəfindən həyata keçirilib.
Hakerlər saytda bu mətni yerləşdirib: “HAKCED BY ŞİMŞƏK ! MUĞANBANKI VURMAYAN BİR ŞİMŞƏK QALMIŞDI ODA VURDU! BOoOoOm!”
Bir neçə dəqiqə sonra Bankın müvafiq şöbəsi saytın fəaliyyətini bərpa edib. Lakin yenidən sayta hücum edilib və “HACKED BY ŞİMŞƏK !! FACEBOOKDA BUNU PAYLAŞAN SƏHİFƏLƏRƏ SALAMLAR ÖPÜRƏM !” yazılıb