Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Müsavatçının oğluna 10 sutka həbs cəzası verildi

Bu gün Xaçmaz rayon məhkəməsində Müsavat fəalı və partiyanın deputatlığa namizədi olmuş Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahova 10 sutka həbs cəzası verilib.

Bu haqda “Basta”ya Söhrab Əmrahov məlumat verib.

“Bu gün səhər Bəxtiyarı məhkəməyə aparıblar. Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmədə heç bir prosedura əməl olunmadan oğluma 10 sutka həbs cəzası kəsildi”, – Söhrab Əmrahov bildirib.

Söhrab Əmrahov hesab edir ki, bu qərarın səbəbi onun müxalifətçi olmasıdır: “Əsas səbəb budur, amma banka olan kredit borcunu bəhanə edirlər. Bankdan hələ devalvasiyalardan əvvəl 4 min dollardan artıq borc almışdıq. Ödənişlər vaxtlı-vaxtında edilib və cəmi 900 dollar borc qalıb. Bunun bir dəfəyə ödənilməsi tələb edilir. Amma bizim belə bir imkanımız yoxdur. İndi deyirlər ki borcunuz 2000 dollardan artıqdır. Heç bir xəbərdarlıq edilmədən, qəfildən oğluma 10 sutka həbs cəzası verildi. Bəxtiyarın səhhətində də ciddi problemlər var, müalicə olunmalıdır. Amma məhkəmə buna da məhəl qoymadı”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir