Stoltenberq: “NATO Türkiyənin yanındadır”
NATO Türkiyənin yanındadır və ona dəstək vermək üçün bütün zəruri köməyi göstərir. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, NATO Türkiyədə Hərbi Hava Qüvvələri və Raketdən Müdafiə sahələrində iştirakını gücləndirib.
Eldar Sabiroğlu: “İndi gördüm ki, məhkəmə sistemimiz hansı haldadır”
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından olan sabiq deputat Eldar Sabiroğlunun “üsyankar müstəntiq” kimi tanınan oğlu Rüfət Səfərovun barəsində 9 il azadlıqdan məhrumetmə cəzası cəmiyyətdə birmənalı qarşılanmadı. Xatırladaq ki, prokurorluq orqanlarından könüllü istefa verən gənc müstəntiq bu qərarını ölkədəki haqsızlığa görə…
Rüfət Səfərova 9 il iş verildi, o, məhkəmə zalında həbs olundu Yenilənir
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib. Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R.Səfərova hökm oxunub. Məhkəmənin qərarı ilə ona 9 il iş kəsilib. Rüfət Səfərov…
Göyçayda 78 yaşlı kişi özünü asıb
Göyçay rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1938-ci il təvəllüdlü Məmmədov Qəhrəman Əhməd oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. İki övladı olan Qəhrəman Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik…
Ermənistanın baş naziri istefa verdi
Ermənistan baş naziri Ovik Abramyan bu gün hökumətin iclasından sonra istefa verdiyini elan edib. Abramyan Ermənistan cəmiyyətində qütbləşmənin olduğunu və bunun daxili və xarici səbəblərdən irəli gəldiyini deyib. Dövlət isə keçid iqtisadiyyatının doğurduğu problemlərlə üz-üzədir. Ona görə də bu vəzifələrin…
Metropolitendə vergi pozuntuları aşkarlanıb
Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif məsrəflərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində Bakı metrosu ilə sərnişindaşıma xidmətləri üzrə bir gedişin maya dəyəri maliyyə hesabatlarında artıq göstərilib. Bu barədə Hesablama Palatası tərəfindən “Bakı Metropoliteni” QSC-də həyata…
Sürücülük vəsiqəsinin alınması qaydaları dəyişəcək
Azərbaycanda “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklər edilir. Qanunun…
Özbəkistanın müvəqqəti prezidenti məlum oldu
Özbəkistanın baş naziri Şavkat Mirzeyev ölkə prezidentinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Belə bir qərar Qanunverici palata və Senatın birgə iclasında qəbul edilib. Xatırladaq ki, sentyabrın 2-də Özbəkistan hökuməti prezident İslam Kərimovun ölməsi ilə bağlı rəsmi məlumat yaymışdı.
Gənc fəal Bayram Məmmədov şikayət verib
Gənc fəal Bayram Məmmədovun həbs müddətinin 2 ay artırılması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib. Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc barəsində həmin qərarın ləğv edilməsi istənilir. Bu haqda «Turan» İnformasiya Agentliyinə B.Məmmədovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil…
“Azadlıq”ın işçilәri bir-bir dindirilir; redaktor da ifadə verdi
Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib. Bu barədə Sücəddin Şərifov özü məlumat verib: “Bu gün səhər saatlarında Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində…