Eldar Mahmudovun daha bir qohumu işdən qovulub
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib. Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işi ilə vidalaşıb. Məlumat üçün bildirək ki, Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun…
Beynəlxalq təşkilatlar Azərbaycanın EITI üzvlüyündən çıxarılmasını tələb edir
“Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti üzərinə aramsız repressiyaları bu ölkənin Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsü (Extractive Industries Transparency Initiative-EITI) üzvlüyündən çıxarılması ilə nəticələnməlidir”. Bu sözlər Freedom House və Index on Censorship kimi qruplar da daxil 18nüfuzlu beynəlxalq təşkilatın EITI şurasının üzvlərinə göndərdiyi…
Polisə yeni səlahiyyət verildi
Azərbaycanda daxili işlər (polis) orqanlarına qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə əlaqədar cinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verilib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi,…
“Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək”.Tərtər rayon
Bərabər İmkanlar Mərkəzi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində Tərtər rayonunda növbəti tədbirini keçirdi. Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Ölkəmizin sərvətlərindən vətəndaşlarımızı xəbərdar edək” layihəsi çərçivəsində…
“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Turun son oyununda “Neftçi” komandası “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”da keçirilən qarşılaşmada qonaqlar fərqlənməyi bacarıb. Matçın 29-cu dəqiqəsində Rahid Əmirquliyev güclü zərbə ilə topu qapıdan keçirib. İlk hissənin sonunda…
Rüfət Səfərovun apellyasiya şikayətinə baxılacaq tarix açıqlanıb
Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək iclas oktyabrın 31-nə təyin edilib. İşə hakim Ələkbər Novruzovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata…
Qəbələ şəhərində Mədən Hasilatında şəffaflıqla bağlı məlumatlandırma sessiyası keçirilib.
Qəbələ şəhərində Mədən Hasilatında şəffaflıqla bağlı məlumatlandırma sessiyası keçirilib Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının…
Fikrət Fəraməzoğlun həbs müddəti uzadılıb
“Jam.az” saytının həbsdə olan baş redaktoru Fikrət Fəraməzoğlunun barəsindəki həbs-qətimkan tədbiri uzadılıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Nərimanov rayon Məhkəməsində işi aparan müstəntiqin vəsatətinə və baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatına baxılıb. Qərara…
Seymur Həzi daha bir mükafata namizəddir
Sərhədsiz Reportyorlar Təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına 22 namizədin adını açıqlayıb. 3 nominasiya üzrə mükafat 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsində veriləcək. Təşkilatın yaydığı məlumatda deyilir ki, 19 ölkədən olan builki namizədlərdən çoxu ya həbsdədir, ya da təqib…
MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı
Beynəlxalq Avtovağzal Kompleskinin Ticarət Mərkəzi bu gün səhər saatlarından fəaliyyətini dayandırıb. Fins.az-ın tcarət mərkəzindən əldə etdiyi məlumata görə, mağazalar bağlanıb. Səbəb kimi Avtovağzal ərazisinə Vergilər Nazirliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir. Dükan sahiblərinin qeyd etdiyinə görə, Avtovağzal rəhbərliyi…