“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qurultaya ehtiyacı yoxdur”, – QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə dekabrın 21-də “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda jurnalistlərə bildirib.
A.Paşazadə bir neçə il öncə qurultay olduğunu və ömürlük sədr seçildiyini bildirib: “Nə qədər həyatım var, yaşayıram, sədr olaraq qalacağam”.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin 2003-cü ildə keçirilmiş XI qürultayında şeyxülislam A.Paşazadə ömürlük QMİ sədri seçilib. Bu təkliflə adı çəkilən qurultayda Naxçıvan dindarları çıxış ediblər.