Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm Xəbərlər

Velosiped qalmaqalı ilə bağlı yeni xəbər – İşə general qarışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvləri polis tərəfindən saxlanılıb və velosipedləri cərimə meydançasına aparılıb.
Daha sonra yol qaydalarını pozduğu əsas gətirilərək Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılan velosipedçilər evə buraxılmış, velosipedlər isə geri qaytarılmışdı.
Media-fakt.info xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “facebook” səhifəsində polisin məsələ ilə bağlı müvafiq tədbir görüldüyünü qeyd edib:
“Dekabr ayının 17-də, bazar günü Bakıda velosipedçilərin YPX əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılması ilə bağlı bildirirəm ki, baş vermiş hadisə ilə əlaqədar AzVİF rəhbərliyinin Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova müraciətindən sonra məsələ dərhal həllini tapıb və velosipedlər sahiblərinə qaytarılıb. DİN rəhbərliyinin göstərişi ilə aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, insident bir nəfər rəhbər vəzifəli polis əməkdaşının qanunsuz “özfəaliyyəti” nəticəsində baş verib. Məsələ ilə bağlı lazımi tədbirlər görülüb və müvafiq tapşırıqlar verilib”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir