Norveç dünyada ilk dəfə olaraq FM radiosundan tam imtina edib.
Muxalifet.az xəbər verir ki, Norveç FM radio şəbəkəsini rəqəmsal radio ilə əvəzləyib. Rəqəmsal audio yayım tərəfdarları bununla daha keyfiyyətli radio səsi və daha çox radio kanalı əldə etdiklərini bildiriblər.
“Ölkədə, ümumiyyətlə, rəqəmsal radiodan istifadəyə 1995-ci ildən başlanılıb. Norveç rəqəmsal radio sayəsində artıq siqnal kəsintisi olmadan bütün ölkə ərazisinə radio verlişlərini yayımlaya biləcək. Lakin əhalinin bir hissəsi FM radionun ləğvindən narazıdır. Onlar düşünürlər ki, bunun sayəsində əhali fövqəladə hallar zamanı hökumətin informasiya blokadası ilə üzləşə bilər”, – mediada yayılan məlumatlarda qeyd edilib.
Qeyd edək ki, Norveç bu ilin yanvarında rəqəmsal radioya keçidə başlamışdı.
Yenifakt.info
Müstəqil xəbərlər portalı