Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ali Məhkəmə Elgiz Qəhrəmanın həbs müddətini azaldıb

Bu gün Ali Məhkəmə NİDA Hərəkatının fəalı, 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş Elgiz Qəhrəmanın kassasiya şikayətinə baxıb.

Ali Məhkəmə ittihamı daha ağır – 234.4.3-cü maddədən (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) az ağır – 234.1-ci maddəyə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) tövsif edib və cəza müddətini 3 ilədək azaldıb.

Vəkil Fariz Namazlı Turan-a bildirib ki, müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil, çünki fəala bəraət verilməsinə israr edib və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bununla yanaşı F.Namazlının sözlərinə görə, Ali Məhkəmənin qərarı E.Qəhrəmanın cəzasının üçdə birini çəkməsilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmasına imkan yaradır.

*Xatırladaq ki, F.Qəhrəman 2016-cı il avqustun 12-də narkotik maddənin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

NİDA Hərəkatı E.Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bəyan edib və əsl səbəb kimi Facebook-da ötən il Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı referendum haqqında tənqidi materialların dərcinu göstərib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir